BAYRAQDAR MEDİA – Yanvarın 6-da İstanbulda “Kənd təsərrüfatı ekosistemi görüşü” keçirilib. Görüşdə qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan və kənd təsərrüfatı və meşə naziri Prof. Dr. Vahit Kirişçi də iştirak edib. Türkiyə Ziraat Bankı tərəfindən ikinci dəfə keçirilən görüşdə V.Kirişçi dünya bazarında buğdanın qiyməti ilə bağlı maraqlı rəqəmlər səsləndirib.
Nazirliyin görüşdən yaydığı geniş xəbərdə deyilir ki, V.Kirişçi Rusiya-Ukrayna savaşının başlandığı dönəmdə dünya bazarında bir ton buğdanın 440 dollara satıldığını xatırladıb. O, əlavə edib ki, hazırda buğdanın qiyməti 120 dollar aşağı enərək bir ton üçün 320 dollar təşkil edir.
Nazir bu qiymət azalmasını Türkiyənin Ukrayna ilə Rusiya arasında vasitəçiliyi, nəticədə Ukrayna buğdasının dünya bazarına çıxışının təmin edilməsi ilə əlaqələndirib. O, Türkiyə Cümhurbaşqanının təşəbbüsü ilə aparılan danışıqlar və əldə edilən razılaşma sonucu İstanbul boğazından ümumilikdə 626 gəminin keçdiyini bildirib. V.Kirişçi bildirib ki, bu da başda taxıl olmaqla 16,8 mln qidanın daşınması deməkdir.