BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Milad bayramı münasibətilə 6 yanvar saat 12.00-dan 7 yanvar saat 24.00-a kimi Ukrayna cəbhəsində atəşkəs elan edilməsi ilə bağlı tapşırıq verib.
Rusiyanın bu qərarına Ukraynanın münasibəti özünü çox gözlətməyib. Bunun ardınca Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak sosial media hesabı üzərindən Rusiyaya dövlətinin konkret cavabını ictimailəşdirib.
“Birincisi, Ukrayna xarici ölkə torpağına hücum etmir və mülki şəxsləri öldürmür. Rusiya isə belə edir. Ukrayna yalnız öz ərazisindəki işğalçı ordunun üzvlərini məhv edir. İkincisi, Rusiya işğal edilmiş torpaqlardan çəkilməlidir – yalnız belə olduqda o “müvəqqəti atəşkəs” görəcək. İkiüzlülüyünüzü özünüzə saxlayın”, – deyə M.Podolyak qeyd edib.
First. Ukraine doesn't attack foreign territory & doesn't kill civilians. As RF does. Ukraine destroys only members of the occupation army on its territory…
Second. RF must leave the occupied territories – only then will it have a "temporary truce". Keep hypocrisy to yourself.— Михайло Подоляк (@Podolyak_M) January 5, 2023
Göründüyü kimi, Ukrayna tərəfi haqlı olaraq işğalçı Rusiyanın “atəşkəs” oyununu pozur.