BAYRAQDAR MEDİA – Rusiya Prezidenti Vladimir Putin yanvarın 6-sı saat 12.00-dan 7 yanvar saat 24.00-dək Ukrayna ilə savaşın təmas xəttində atəşkəs elan edilməsi ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.
Xəbəri yanvarın 5-də Kreml yayıb.
Xəbərdə deyilir ki, buna səbəb Patriarx Kirilin müraciəti olub.
V.Putinin tapşırığında qeyd edilir ki, hərbi əməliyyatların getdiyi bölgədə pravoslav məzhəbinə tapınan çoxsaylı insanlar yaşayır. Ona görə Ukrayna tərəfi də qeyd olunan müddətdə atəşkəs elan etməyə və insanların dini ziyarətləri yerinə yetirməsinə şərait yaratmağa çağırılıb.
Qeyd edək ki, bu qısa müddətli atəşkəs müharibənin bitməsi demək deyil…