Press "Enter" to skip to content

“Çərşənbə söhbətləri”ndə ustad Şəhriyardan bəhs edilib

Fərdin Kərəmi Qebçaq

BAYRAQDAR MEDİA – “Eskişehir Azərbaycanlılar Dərnəyinin ənənəvi “Çərşənbə söhbətləri”nin bu dəfəki mövzusu da çox maraqla qarşılandı. Bu dəfə iştirkaçılara Güney Azərbaycanın yetişdirdiyi böyük ustad Məhəmməd Hüseyin Şəhriyar haqqında məlumat verildi”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib. Onun sözlərinə görə, gecədə ekspert qismində Əslən Güney Azərbaycandan olan Fərdin Kərəmi Qebçaq iştirak edib.

Tədbir zamanı
Tədbir zamanı

C.Aydın bildirib ki, Fərdin Kərəmi Qebçaq dinləyicilərə ustad Şəhriyarın həyat hekayəsindən və ədəbiyyata necə gəlməsindən bəhs edib: “Xüsusən Şəhriyarın həyatında bilinməyən yönləri və hər kəsin dilinin əzbəri olan “Heydər Babaya salam” şeirindən nümunələr verdi. Bundan başqa ustadın öz səsindən şeirləri dinləyicilərə təqdim edildi. Məruzəçi bu şeirlərin yaranma tarixi, həmçinin dinləyiciləri maraqlandıran digər sualları da cavablandırdı”.

Qeyd edək ki, tədbirin sonunda Dərnəyin sədri Cavid Aydın tərəfindən Fərdin Kərəmiyə təşəkkür bəlgəsi təqdim edilib.

Cavid Aydın onu da əlavə edib ki, il ərzində “Çərşənbə söhbətləri”ndə Güney Azərbaycanla bağlı digər maraqlı mövzular da nəzərdə tutulub.

Cavid Aydın tərəfindən Fərdin Kərəmiyə təşəkkür bəlgəsi təqdim edilib
Cavid Aydın tərəfindən Fərdin Kərəmiyə təşəkkür bəlgəsi təqdim edilib
Mission News Theme by Compete Themes.