Son yeniləmə: 5 Yanvar 2023 13:42
“BAYRAQDAR MEDİA” MMC bayraqdar.info xəbər və təhlil saytında işləmək üçün iki nəfər gənc və türk dünyasından anlayışı olan işçi üçün boş iş yeri elan edir.
Maraqlanan şəxslərin jurnalistika sahəsində ali təhsilli olması arzuolunandır. Lakin başqa, özəlliklə də humanitar sahədə ali təhsili olan, eyni zamanda jurnalistikada özünü təsdiq edə biləcək şəxslər də müraciət edə bilər.
Xüsusi olaraq vurğulamaq istərdik ki, BAYRAQDAR MEDİA müəllif hüquqlarına ciddi diqqətlə yanaşır. Bizimlə işləyəcək şəxslərin hər hansı bir medianın xəbərini jurnalist etikasına zidd olaraq mənimsəməsi iş birliyinə xitam verilməsi deməkdir.
BAYRAQDAR MEDİA Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarını, həmçinin dünyanın aparıcı jurnalist qurumlarının müvafiq tələblərini əsas tutaraq fəaliyyət göstərir.
Rəsmi dövlət agentliyi AzərTAC istisna olmaqla Azərbaycanın heç bir media qurumundan xəbər və yazı alaraq yayımlamırıq. AzərTAC-dan alınan yazılar isə mənbəyə aktiv keçidlə birlikdə verilir.
BAYRAQDAR MEDİA xarici medianın yaydığı xəbər və yazılardan istifadə edərkən də aktiv keçidlə mənbəyə istinad edir.
Etik jurnalistikanın yüksək dəyərlərinə sadiq qalacağına əmin olmayanların müraciət etməməsi rica olunur.
Lakonik, savadlı yazı bacarığı olanların müraciət etməsini arzulayırıq.
İddiaçıların azərbaycan dilini mükəmməl bilməsi, özəlliklə də bədii ədəbiyyatla tanışlığı yoxlanılacaq. Müsahibə WhatsApp üzərindən də aparıla bilər.
Müraciət etməzdən öncə bayraqdar.info saytını ziyarət edib ümumi üslubu nəzərdən keçirməyiniz xahiş olunur.
Əsasən həftənin 5 günü – 1-5-ci günlər arası işləmək (tam və ya yarım ştat) tələb edilir. Evdən işləmək şəraiti də yaradılacaqdır.
Əməkhaqqı iddiaçılarla görüşdən sonra təklif ediləcəkdir.
Müraciət üçün CV-lərinizi bilgi@bayraqdar.info ünvanına göndərməyiniz xahiş olunur.