BAYRAQDAR MEDİA – 2022-ci ilin noyabrında Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilən qardaş ölkə Kuzey Kıbrıs Türk Cümhuriyyəti ortaq türk ailəsinə inteqrasiya yönündə önəmli addımlar atır. Yanvarın 2-də bəlli olub ki, KKTC Cümhuriyyət Məclisi TDT üzvü olan qardaş ölkələrlə parlament dostluq qrupları qurub.
Xəbəri Kıbrıs Genç TV yayıb.
Xəbərdə deyilir ki, Məclis Genel Kurulu’nda ilk dəfə olaraq KKTC Cumhuriyet Meclisi ilə Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Azərbaycan parlamentləri arasında dostluq qruplarının qurulması yekdil səslə qərarlaşdırılıb.
Qırğızıstan Cogorku Keneşi ilə dostluq qrupuna UBP-dən Resmiye Eroğlu Canaltay, Oğuzhan Hasipoğlu, Hasan Küçük; CTP-dən Filiz Besim, Erkut Şahali; DP-dən Serhat Akpınar; YDP-dən Talip Atalay;
Türkmənistan Meclisi ilə dostluq qrupuna UBP-dən Resmiye Eroğlu Canaltay, Ali Pilli, Ahmet Savaşan; CTP-dən Filiz Besim, Erkut Şahali; DP-dən Hasan Tosunoğlu; YDP-dən Talip Atalay;
Özbəkistan Oliy Majlisi ilə dostluq qrupuna UBP-dən Özdemir Berova, Kutlu Evren, Fırtına Karanfil; CTP-dən Filiz Besim, Erkut Şahali; DP-dən Serhat Akpınar; YDP-dən Talip Atalay;
Azerbaycan Milli Məclisi ilə dostluq qrupuna UBP-dən Resmiye Eroğlu Canaltay, Yasemi Öztürk, Ahmet Savaşan; CTP-dən Filiz Besim, Erkut Şahali; DP-dən Hasan Tosunoğlu; YDP-dən Talip Atalay;
Qazaxıstan Parlamenti ilə dostluq qrupuna UBP-dən Resmiye Eroğlu Canaltay, Hasan Küçük, Emrah Yeşilırmak; CTP-dən Filiz Besim, Erkut Şahali; DP-dən Serhat Akpınar; YDP-dən Talip Atalay üzv seçilib.
Qeyd edək ki, KKTC-Türkiyə parlamentlərarası dostluq qrupu daha öncədən vardı.