Press "Enter" to skip to content

Qardaş Özbəkistan xarici işlər nazirini dəyişib

Ceyhun Bayramov və Baxtiyor Saidov

BAYRAQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 31-də qardaş Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov ilə telefon əlaqəsi saxlayıb.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya Azərbaycan XİN-dən veriblər.

C.Bayramov, V.Norovun dost və qardaş Özbəkistanın xarici işlər naziri vəzifəsində işlədiyi müddətdə iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini məmnunluqla vurğulayıb və ona təşəkkürünü ifadə edib. O, eyni zamanda V.Norova yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan XİN-dən onu da bildiriblər ki, C.Bayramov dekabrın 31-də Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov ilə də telefon əlaqəsi saxlayıb. O, Özbəkistanlı həmkarına yeni işində uğurlar arzu edib, iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminliyini bildirib.

Əlavə edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dekabrın 30-da V.Norovu başqa işə keçməsi ilə əlaqədar olaraq xarici işlər naziri vəzifəsindən azad edib. Lakin onun hansı işə keçməsi haqqında məlumat verilmir.

V.Norovdan boşalan vəzifənin icrası eyni gündə xalq təhsili naziri vəzifəsindən azad edilən Baxtiyor Saidova həvalə edilib.

Mission News Theme by Compete Themes.