BAYRAQDAR MEDİA – Milli QHT Forumunun prezidenti Rauf Zeyni yalnız ictimai-siyasi fəaliyyətlə məşğul olmur. O, həm də yeri gələndə qələmə sarılıb poeziya örnəkləri də yaradır.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə R.Zeyni bir neçə bayatısını BAYRAQDAR MEDİA-ya göndərib. Biz də məhz bu Günlə səsləşən o bayatıları dəyərli oxucularımıza təqdim edirik.
Əzizinəm Zəngəzur,
Şuşa, Laçın, Zəngəzur.
Gedirik İrəvana,
Yolu açır Zəngəzur
Mən aşiq İrəvana,
İrmisdən İrəvana.
Ellər salam aparsın,
Təbrizdən İrəvana.
Əzizinəm Rəvana,
Yol gedir İrəvana.
Üçrəngli bayraq ilə,
Gedərik İrəvana
Əzizinəm İrəvan,
Bakı, Təbriz, İrəvan.
Qarabağ azad oldu,
Qaldı Təbriz, İrəvan.