BAYRAQDAR MEDİA – Çin rejiminin Doğu Türküstanda gündən-günə artan soyqırım siyasəti türk haker qrupunu hərəkətə keçirib. TurkHackTeam qrupu bir çox Çin saytlarına kiberhücum təşkil edib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, türk haker qrupunun təşkil etdiyi kiber hücumda Çinin əhəmiyyətli texnologiya şirkətləri, smartfon markaları, dövlət bankları və qurumları hədəfə alınıb.
Çin vətəndaşlarının pasport məlumatları da daxil olmaqla 80 mindən çox çox vacib məlumatı ələ keçirdiyini açıqlayan qrup, tezliklə hamısını dərc edəcəyini bildirib: “TurkHackTeam qrupu məşhur Çin telefon brendləri OPPO və Realme-nin rəsmi internet saytlarını, Çin Dövlət Valyuta Administrasiyasının və Çin Bankının rəsmi internet saytlarını sındırıb. Çin Elektron Hökumət Şəbəkəsi və Nazirliyin Məlumat Bazası ələ keçirilib”.
Haker qrup Doğu Türküstanda zülmün davam edəcəyi təqdirdə bu yöndə fəaliyyətini daha da genişləndirəcəyinə dair xəbərdarlıq da edib.
Ministry of China Dumped !
We told you. We will not keep you alive on the internet ! We will share all this information soon.#Uyghurs #ChinaProtests #Chinaop #ChinaOperation #OpChina pic.twitter.com/pRxc219LQc
— Turk Hack Team (@ThtResmi) December 24, 2022