Son yeniləmə: 29 Dekabr 2022 15:29
BAYRAQDAR MEDİA – Qırğızıstan Nazirlər Kabinetinin ilin sonuncu iclası olub.
Kırım Haber Ajansının məlumatına görə, iclasda çıxış edən Qırğızıstan Prezidenti Sadır Caparov ölkə müstəqillik əldə etdikdən sonra həllini gözləyən sərhəd probleminin gələcək nəsillərə həvalə edilməməsi lazım olduğunu vurğulayıb: “Biz Tacikistanla sərhəd məsələsini yalnız sülh və diplomatik yolla həll etmək üçün mümkün olan hər şeyi edirik”.
Məlumatda bildirilib ki, bölgənin ən mürəkkəb sərhədlərinə malik olan Qırğızıstan və Tacikistan arasındakı sərhəd 970 kilometrdir. 2012-ci ildən bəri davam edən sərhəd demarkasiyası fəaliyyətlrəi nəticəsində yalnız 47 kilometrlik sərhəd xətti razılaşdırılıb. İki ölkə arasında sərhəd mübahisəsi səbəbiylə torpaq, əkinçilik suvarma, heyvanların otarılması, qaçaqmalçılıq, ümumi yol istifadəsi və sərhəddən icazəsiz keçid kimi səbəblərdən bölgədə gərginlik yaşanır.