Press "Enter" to skip to content

Qaliblər mükafatlandırılıb

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 29 Dekabr 2022 13:27

BAYRAQDAR MEDİA – Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin qalib və iştirakçılarının təltifolunma mərasimi keçirilib. Mərasim Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə olub.

Bu barədə Baş İdarədən məlumat verilib.

Bildirilib ki, təltifolunma mərasimində Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin rayonlar üzrə təşkil olunmuş final mərhələsində fərqlənən qalib və iştirakçılar Baş İdarənin diplom, fəxri fərman, eləcə də hədiyyələri ilə mükafatlandırılıblar: “Münsiflər heyətinin ümumi qərarına əsasən müsabiqənin qalibləri Hüseyn Cavid yaradıcılığından parçalarla çıxış ediblər. Tədbirdə, həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin yaradıcılığına və onun sürgün həyatına həsr olunmuş videoçarxlar nümayiş olunub, eyni zamanda, kitab sərgisi açılıb”.

Mission News Theme by Compete Themes.