Press "Enter" to skip to content

Nəticələr açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanının nəticələri bəlli olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, BŞTİ tərəfindən keçirilən test imtahanının nəticələri namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib: “Test mərhələsinin nəticəsinə əsasən, 178 nəfər uğur qazanıb və 30 nəfər ehtiyat kadr siyahısına əlavə olunub. Qeyd edək ki, psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb”.

Kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə işə qəbul üzrə test imtahanından uğurla keçən namizədlər isə müvafiq vəzifə üzrə təyinat alacaqlar. 08.05.2018-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir”.

Mission News Theme by Compete Themes.