Son yeniləmə: 29 Dekabr 2022 11:21
Edirnedə kiçik Türkanın xatirəsi anılıb
BAYRAQDAR MEDİA – 1984-cü ildə Bolqarıstanda assimilyasiya cəhdi zamanı baş verən hadisələrsə anasının qucağında şəhid olan 18 aylıq Türkan Feyzullah ölümünün 38-ci ildönümündə anılıb.
Kırım Haber Ajansının məlumatına görə, Bolqarıstanın Kırcali şəhərində 18 aylıq olarkən anasının qucağında bolqar əsgərlərinin açdığı atəş nəticəsində şəhid olan və totalitar kommunist rejimi dövründə müqavimət simvoluna çevrilən “Türkan bəbək” olaraq xatırlanan Türkan Feyzullah şəhid olmasının 38-ci ildönümündə Edirnedə abidə önündə anılıb. Dekabrın 26-da keçirilən, Bolqarıstandan çox sayda insanın qatıldığı mərasimdə tələbələrin söylədiyi şeirlərlə duyğulu anlar yaşanıb.
Edirne valisi Hüseyn Kürşat Kırbıyık çıxışında türk olmağın və tarix boyu türk varlığını inkişaf etdirməyin bir bədəlinin olduğunu bildirib.