Press "Enter" to skip to content

Bakının əsas yollarından biri 5 günlük bağlanır – VİDEO

Sözügedən dairə

BAYRAQDAR MEDİA – Bakının Nəsimi rayonundakı Alı Mustafayev küçəsi, 3-cü mkr dairəsində yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yol ötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Xəbəri dekabrın 29-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

“Sözügedən yol ötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində – dekabr ayının 31-nə keçən gecədən etibarən 2023-cü il yanvar ayının 4-ü axşam saatlarınadək tətbiq ediləcək. Qeyd olunan müddət ərzində sürücülər 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə xəbərdə bildirilir.

Əlavə edək ki, bir müddət öncə qeyd olunan yol kəsimində körpünün düzgün qurulmadığı barədə görüntülər yayımlanmışdı. Körpü birləşmələrinin dirək üzərində deyil, bir-birinin üzərində quraşdırılması, üstəlik də aşınmaya məruz qalması açıq-aydın sezilən görüntülər təhlükədən xəbər verirdi. Belə anlaşılır ki, AAYDA təhlükəni önləmək üçün tədbirlər görmək qərarına gəlib.

Mission News Theme by Compete Themes.