Press "Enter" to skip to content

Agentlik qrant müsabiqəsinin nəticələrini elan edib

QHT-lərə Dövlət Dəstəyi Agentliyi

BAYRAQDAR MEDİAAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqələrinin nəticələrini elan edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 29-da Agentlikdən məlumat verilib.

Bildirilib ki, qrant müsabiqəsinə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 66, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 105 layihə təqdim edilib: “Onlardan “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər”ndə 31 fərdi, 7 koalisiya üzrə, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri”ndə isə 47 fərdi, 8 koalisiya istiqamətində layihələrin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib”.

Məlumata əsasən qaliblərin siyahısı ilə bu link vasitəsilə  tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.