BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən dekabrın 27-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində 2022-ci ilin yekunlarına dair toplantı keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 28-də Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, toplantıda Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və digər sahələrdə əldə edilən nailiyyətlər barədə məruzələr dinlənilib: “Müdafiə nazirinin növbəti ildə şəxsi heyətin qarşısında qoyduğu tapşırıqlar aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb. Sonda bu ilin yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunublar”.