Press "Enter" to skip to content

Qazilərə tibb istiqaməti üzrə dəstək davam edir

"YAŞAT" Fondu

Son yeniləmə: 28 Dekabr 2022 19:57

BAYRAQDAR MEDİA – Ağır yaralanan qazi Namazov Həbib Aydın oğlu Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb. Təqdim olunan həkim rəyinə əsasən onun müalicəsi ölkəmizdəki ixtisaslaşmış tibb müəssisəsində davam etdiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, ağır yaralılardan olan Ağayev Elsevər Sərvan oğlu isə müalicə məqsədilə Türkiyəyə göndərilib. O da qeyd edilib ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir: “Xatırladaq ki, bu günə qədər 178 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib”.

Mission News Theme by Compete Themes.