Press "Enter" to skip to content

Gələn il üçün inkişaf istiqamətləri müzakirə olunub

İclas zamanı

BAYRAQDAR MEDİAİqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 28-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda 2021-2022-ci illər ərzində 4SİM-in idarə olunması sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, 2023-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

İclasda 2022-ci il üçün gəlir və xərclər smetası və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Mission News Theme by Compete Themes.