Press "Enter" to skip to content

Donmuş göl üzərində Azərbaycan musiqisi və Qafqaz rəqsi

Turistlər donmuş göl üzərində rəqs edərkən

Son yeniləmə: 28 Dekabr 2022 10:36

BAYRAQDAR MEDİA – Qars və Ardahan vilayətlərini əhatə edən və 123 kilometr ərazisi ilə dəniz səviyyəsindən 1959 metr yüksəklikdə olan Çıldır gölü donmağa başlayıb.

Kars Manset bir neçə gün öncə xəbər verib ki, Doğu Anadolu bölgəsinin ən böyük şirin su və ikinci böyük gölü olan Çıldır gölünün donması turistlır üçün əyləncəyə çevrilib. Yerli vətəndaşlar və turistlər Qarsın Arpaçay rayonunun Taşbaşı kəndi bölgəsində donmağa başlayan Çıldır gölünün buzlu səthinə çıxıb.

Ən maraqlısı isə odur ki, turoperatorlar vasitəsilə Taşbaşı kəndindəki Yunusun yerinə gələn vətəndaşlar buz tutan gölün üzərinə çıxaraq telefonlarında Azərbaycan musiqisinin müşayiəti ilə Qafqaz rəqsi ifa ediblər”.

Qarsa turis səfərinə gəldiyini bildirən Başiye Tarkan və Kocaelidən gələn Serap Güc bu həyəcanı yaşamağın xoş duyğular oyatdığını bildiriblər.

Mission News Theme by Compete Themes.