Son yeniləmə: 28 Dekabr 2022 10:08
Yalçın Topçu: Türkiyə beynəlxalq səviyyədə, xüsusilə də BMT səviyyəsində Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək
BAYRAQDAR MEDİA – Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsi Tamila Taşeva Beştəpədə Türkiyə Cümhurbaşqanının baş müşaviri Yalçın Topçunu ziyarət edib. T.Taşeva Y.Topçuya rus əsirliyində olan Krım tatar siyasi məhbuslarının siyahısını verib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda bildirilib ki, T.Taşeva Y.Topçuya verdiyi siyahıda Krım tatar siyasi məhbuslarının bir an əvvəl rus əsarətindən azad edilməsinə çağırış edib. Görüşdə Rusiyanın işğalı altında olan Krımda son vəziyyət, işğalçı Rusiya tərəfindən Krım tatar xalqının nümayəndələrinə qarşı edilən təqiblər və qanunsuz həbslər müzakirə edilib.
Məlumata görə, görüş zamanı Ukrayna və Türkiyə arasında Krım yarımadasının reinteqrasiyasına dair əməkdaşlıq da müzakirə olunub: “Türkiyənin Krımın işğaldan azad edilməsindən sonra reinteqrasiya proseslərində mühüm rol oynaya biləcəyi qeyd edilib. Y.Topçu qeyd edib ki, Türkiyə beynəlxalq səviyyədə, xüsusilə də BMT səviyyəsində Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək”.