Son yeniləmə: 27 Dekabr 2022 11:15
BAYRAQDAR MEDİA – Qırğızıstanda TÜRKSOY-un nəşr etdiyi kitabların təqdimatı keçirilib.
Kırım Haber Ajansının məlumatına görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən nəşr olunan kitabların tədimatı Bişkekdəki Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasında olub.
Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, dövlət rəsmiləri, Qırğızıstan Milli Yazıçılar Birliyinin prezidenti Nurlan Kalibekov, Qırğızıstan şair-yazıçıları, mətbuat nümayəndələri və çoxlu sayda tələbə iştirak edib.
Qeyd edilib ki, TÜRKSOY-un baş katibi S.Raevin təşəbbüsü ilə 50-dən çox qırğız şairinin şeirləri türk dilinə tərcümə edilərək “Qırğız şairləri antologiyası” kimi nəşr edilib: “Bundan başqa, dövlət xadimi, şair, yazıçı, tərcüməçi, jurnalist və alim şəxsiyyətləri ilə çox yönlü keyfiyyətlərə malik Kasım Tınıstanoğlunun qələmə aldığı “Noyabr Poeziya Jurnalı”, tanınmış yazıçılar Cengiz Aytmatov, Kolon Mamitov və Əkbərov əsər və şeirlərindən ibarət toplu da bir kitabda oxuculara təqdim edilib”.
TÜRKSOY-un baş katibi Raev, sözügedən əsərlərin tanıtım tədbirində mövzu ilə bağlı verdiyi açıqlamada, “TÜRKSOY-un nəşr etdirdiyi əsərlər Türk Dünyası üçün əhəmiyyətlidir” deyib.