Son yeniləmə: 27 Dekabr 2022 14:46
Elvin Hasan: 2021-ci ildə reallaşdırılan son siyahıyaalmada Vasilovo kəndində türklərin sayının ümumi əhalinin sayının 20 faizindən çox olduğu müəyyən edilib
BAYRAQDAR MEDİA – “Quzey Makedoniyadakı qanunlara görə makedonlardan sonra hər hansı icma bələdiyyədə yaşayan əhalinin 20 faizindən çoxunu təşkil edərsə o zaman həmin bələdiyyəni əhatə edən şəhərdə ikinci rəsmi dil olaraq həmin xalqın dili qəbul edilir”.
Bunu Quzey Makedoniyanın sabiq naziri, hazırda informasiya və idarəetmə nazirinin müşaviri və bu ölkədəki Türk Hərəkat Partiyası Mərkəzi Yönətim Qurulunun üzvü olan Elvin Hasan BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.
Xatırladaq ki, bugünlərdə Quzey Makedoniyanın Vasilevo kəndində türkcə ikinci rəsmi dil olaraq qəbul edilib.
Həmin məqama toxunan E.Hasan deyib ki, 2021-ci ildə reallaşdırılan son siyahıyaalmada kəndi əhatə edən Kırsal bələdiyyəsi ərazisində türklərin sayının ümumi əhalinin sayının 20 faizindən çox olduğu müəyyən edilib: “Buna görə də qanunlara əsasən kənddə türkcə ikinci rəsmi dil elan edilib. Yaxın günlərdə də bununla əlaqədar olaraq müvafiq qanunlar qəbul ediləcək”.