Press "Enter" to skip to content

Şagirdlər arasında breyn-rinq intellektual oyunu

Son yeniləmə: 27 Dekabr 2022 11:29

BAYRAQDAR MEDİA – Bakının ümumi təhsil müəssisələrinin şagirdləri arasında breyn-rinq intellektual oyunu keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan intellektual yarışda Xəzər rayonunun ümumi təhsil məktəbləri üzrə 162 şagird iştirak edib: “Bakı şəhəri 216 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən intellektual oyunun əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz haqqında daha geniş məlumatlandırmaq, şagirdlərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının yüksəldilməsinə şərait yaratmaq, onlara komanda şəklində işləmək bacarıqlarını aşılamaq və sağlam rəqabət hissini formalaşdırmaqdan ibarətdir.Yarışın nəticələrinə əsasən, 149 nömrəli tam orta məktəbin komandası I, 326 nömrəli tam orta məktəbin komandası II, 123 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb”.

Qalib komandalar kubok, medal və diplomla təltif edilib.

Mission News Theme by Compete Themes.