Press "Enter" to skip to content

Ötən həftə görülən işlər

BAYRAQDAR MEDİAAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ötən həftə ərzində də avtomobil yollarının yenidən qurulması, təmiri və bərpası sahəsində bir sıra işlər həyata keçirilib.

Bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, bu müddət ərzində “Baksol yolu”nun əsaslı şəkildə təmiri və Yasamal rayonunda Fərid Ələkbərov küçəsində aparılan təmir işləri yekunlaşıb, “Zəfər Yolu”nda hərəkətin tənzimlənməsi üçün tədbirlər görülüb.

Məlumata əsasən, “Zığ dairəsi”ndə yeni yerüstü piyada keçidinin inşası davam etdirilir, Kəlbəcərdə isə yolların qardan təmizlənməsi işləri aparılır: “Bundan başqa, Çağrı mərkəzinin yenidən təşkili və “QR kod”un tətbiqi ilə bağlı təqdimat keçirilib, Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçirilib, M1 magistral yolunun yenidən qurulmuş böyük bir hissəsi, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib, Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolu yenidən qurulub”.

Mission News Theme by Compete Themes.