Press "Enter" to skip to content

Nümayəndə heyətləri arasında görüş keçirilib

Son yeniləmə: 27 Dekabr 2022 20:29

BAYRAQDAR MEDİA – Dekabrın 27-də Qazaxıstanın paytaxtı Astana şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) və “Qazaxıstan Dəmir Yolu” SC-nin nümayəndə heyətləri arasında görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub: “O cümlədən, Çin və Qazaxıstandan göndərilən yüklərin Azərbaycan üzərindən daşınması şərtləri, müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan üzərindən keçən marşrutların cəlbediciliyinin artırılması məqsədilə aparılan kompleks tədbirlər barəsində qarşı tərəfə ətraflı məlumat verilib”.

Mission News Theme by Compete Themes.