Press "Enter" to skip to content

MEK-dən yeni xəbər var

Heydər Əliyev Fondundan MEK-ə 24 sayda ingilis, fransız, rus dillərində dəyərli nəşrlər daxil olub

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Heydər Əliyev Fondundan 24 sayda ingilis, fransız, rus dillərində dəyərli nəşrlər daxil olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya MEK-dən məlumat verilib.

Bildirilib ki, nəşrlərin sırasında Azərbaycan musiqi sənətinin böyük dühaları Fikrət Əmirovun simfonik əsərləri, kamera-instrumental əsərləri, Qara Qarayevin və Vasif Adıgözəlovun vokal-simfonik, Cövdət Hacıyevin simfonik əsərləri yer alıb: “Həmçinin Nizami Gəncəvinin “Yeddi gözəl” poeması, Qafqaz Albaniyasının memarlıq abidələri, Azərbaycan xalçaçılığında yeni motivlərindən bəhs edən kitablar, “L’incarnation”, “Manuscripts”, tarixi həqiqətlərimizi özündə əks etdirən “Karabakh before and after occupation” (Qarabağ işğaldan əvvəl və sonra) və digər nəşrlər yer alıb”.

Mission News Theme by Compete Themes.