Son yeniləmə: 27 Dekabr 2022 16:59
BAYRAQDAR MEDİA – Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün yarmarka fəaliyyətə başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, KOBİA-nın dəstəyi ilə yaradılmış yarmarka Binəqədi rayonu ərazisində (Əcəmi Naxçıvani küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində) yerləşir: “Yarmarkada 60-a yaxın sahibkarlıq subyektinə kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb. Yarmarka hər gün fəaliyyət göstərəcək”.
Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirmək istəyən sahibkarlar yarmarkada iştirak edə bilərlər.