BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin İstanbul və Eskişehir şəhərlərində Krımla bağlı silsilə tədbirlərin keçirildiyini xəbər vermişdik.
Bu arada isə bəlli olub ki, Eskişehirdə keçirilən “Türkiyədə Krım günləri” proqramı çərçivəsində reallaşdırılan konsert proqramında məşhur noqay türk sənətçisi Arslanbek Sultanbekov da iştirak edib.
Konsertdən sonra Kırım Haber Ajansına açıqlama verən Arslanbek Sultanbekov açıqlamasına “Krım tatarlarına salam olsun” sözləri ilə başlayıb.
Məlumata əsasən o, iyirmi birinci əsrdə türk dünyasının birliyinə diqqət çəkib. Həmçinin, Krım tatarlarının yaşadıqları faciəyə toxunan sənətçi, “Bir gözümüz ağlayır, bir gözümüz sevinir. Krım tatarlarının müsəlman və türk dünyasında mühüm rolu var” deyib.