Press "Enter" to skip to content

159 mindən çox müraciət

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 27 Dekabr 2022 16:34

BAYRAQDAR MEDİA – 2022-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 159 min 269 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 95 min 987 zəng qəbul edilib: “BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 2 164 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Onlardan 238 vətəndaşın qəbulu xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun olaraq (06.03.2022-ci il tarixinədək) videoqəbul formatında həyata keçirilib”.

Həmçinin Vətəndaşların Qəbulu Mərkəzində 26 066 vətəndaşın müraciəti cavablandırılıb: “35 052 sənəd (vətəndaşlar tərəfindən 10 269 ərizə, 9 222 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 3 753, digər qurumlardan 2 215, məktəblərdən 5 611 məktub və 3 982 kadr ərizəsi) qəbul olunub”.

Mission News Theme by Compete Themes.