Press "Enter" to skip to content

“Yolumuz Zəngəzura” adlı fərdi yaradıcılıq sərgisi

Rəssam Elnara İsgəndərova sərgilənən əsərlər haqqında iştirkaçılara məlumat verir

Son yeniləmə: 26 Dekabr 2022 13:47

Rəssam Elnarə İsgəndərovanın adlı ilk fərdi yaradıcılıq sərgisi

Fotolar Mahir Əhmədova məxsusdur

BAYRAQDAR MEDİA – Dekabrın 24-də El Art Qalereyada əslən Qərbi Azərbaycandan olan rəssam Elnarə İsgəndərovanın “Yolumuz Zəngəzura” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib.

Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra çıxış edən sərginin layihə rəhbəri Elnurə İsgəndərova haqqında geniş məlumat verib.

Sərgidən xatirə fotosu
Sərgidən xatirə fotosu

Bildirilib ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü E.İsgəndərovanın bu günə kimi ölkə xaricində, İsveçrədə sərgisi olub: “Bildiyiniz kimi dekabrın 24-ü Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Mən həm öz adımdan, həm də burada iştirak edənlər adından cənab Prezidenti təbrik edirəm. Bu gün fərdi yaradıcılıq sərgisi olan E.İsgəndərovaya gəlincə, qeyd edim ki, o, bu sərgidə əsasən vətən, doğma həsrət yanğısını ifadə etmişdir. Elnura xanım Qərbi Azərbaycanın Spitak rayonunun Saral kəndinin mənzərələrini bu gün sərgilənən əsərlərində canlandırmışdır. Dediyim kimi, bu əsərlərin hər birində Elnarə xanımın vətən həsrəti hiss olunur”.

Çıxışlar zamanı
Çıxışlar zamanı

Mərasimdə daha sonra Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Bakı nümayəndəliyinin mədəniyyət və təhsil attaşesi Tevfik Ulual, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İB-nin sədri, Əməkdar Jurnalist Nadir Azəri, Respublika Gimnaziyasının müəllimi Minə Məmmədova, rəssamlar Fərəh Babayeva və digərləri çıxış ediblər. Çıxışçılar E.İsgəndərovaya yeni yaradıcılıq uğurları arzulayıblar.

 

Mission News Theme by Compete Themes.