BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburqa işgüzar səfərə gəlib.
Bu haqda xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
“Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşıladılar”, – deyə xəbərdə bildirilir.