Son yeniləmə: 26 Dekabr 2022 13:23
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 26-da Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, növbəti “Komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirilib: “Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub”.
Məlumata əsasən, buraxılış mərasimində kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb: “Çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıblar, kursu müvəffəqiyyətlə bitirən məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkili çəkdirilib”.