Son yeniləmə: 26 Dekabr 2022 09:45
BAYRAQDAR MEDİA – “Bizim gözləntimiz ondan ibarətdir ki, bu yunan siyasətçiləri və hərbi xadimləri daxili siyasi məqsədlər üçün barışmaz və təxribatçı mövqelərindən dərhal əl çəksinlər. Problemlərin dialoq yolu ilə həllinə diqqət yetirsinlər və tarixdən, xüsusən də 9 sentyabr 1922-ci ildə baş verənlərdən dərs alsınlar. Egey və Akdeniz dostluq dənizidir, bütün sərvət ədalətli şəkildə paylaşılmalıdr”.
Bunu qardaş Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Gündem Kıbrıs xəbər verir ki, mətbuat qurumlarının Ankara təmsilçiləri ilə görüşən H.Akar nazirliyin illik fəaliyyəti ilə bağlı qiymətləndirmələr aparıb.
Egey və Doğu Akdenizdə baş verənləri dəyərləndirən nazir Türkiyənin bütün qonşularının sərhədlərinə, hüquqlarına və qanunlarına hörmət etdiyini bildirib. O, Türkiyənin bütün münasibətlərində sülh, dostluq, dialoq, mehriban qonşuluq və əməkdaşlıq içində olduğunu vurğulayıb.
H.Akar həmçinin, Türkiyənin bütün xoş niyyətli, realist və səmimi yanaşmalarına baxmayaraq, Yunanıstanın təcavüzkar hərəkətləri, gərginliyi artırmaq üçün ritorika və təxribatlarla qanunsuz rəftarını davam etdirdiyini dilə gətirib.
Keçmişdə olduğu kimi bu gün də zəmanət və müttəfiqlik müqavilələri çərçivəsində Kıbrıs türk xalqının yanında olmağa davam edəcəklərini ifadə edən H.Akar, “Kıbrıs bizim milli məsələmizdir. Kıbrıs məsələsində biz iki suveren, bərabər və müstəqil dövlətdən bəhs edirik”deyib.