BAYRAQDAR MEDİA – Bu il sentyabrın 17-dən günümüzə qədər dayanmadan davam edən xalq etirazları fars-molla rejiminin sərt tədbirlərə əl atmasına səbəb olub. Artıq aylardır ki, İranı idarə edənlər dinc etirazçıların üzərinə ordular yeridir, insanları öldürür.
İranda İnsan Haqları Fəalları Agentliyinin dekabrın 25-i üçün yaydığı xəbərə görə, 17 sentabr – 25 dekabr aralığında rejimin müxtəlif təyinatlı silahlı qüvvələri 507 etirazçını qətlə yetirib.
Agentlik xəbər verir ki, öldürülənlərdən 69 nəfəri azyaşlıdır.
Bundan başqa digər rəqəmlər də açıqlanıb. Rəqəmlərə görə, qarşıdurmaların şiddətlənməsi 66 nəfər rejim tərəfdarının da ölümünə səbəb olub. Eyni zamanda 18 min 516 nəfər etirazçının həbs edildiyi deyilir. Həbs edilənlərdən 664 nəfəri tələbədir.
Hesabat dövrü ərzində ölkədə 1 min 208 etiraz aksiyası keçirilib. Bu aksiyalar ümumilikdə 161 şəhəri əhatə edib. 144 ayrı universitetin tələbə və müəllimləri etirazlara qatılıb.
O da bildirilir ki, rejimin həbs etdiklərinin yalnız 4 min 72 nəfərinin kimliyi müəyyən edilib. Yerdə qalanların kimliyi gizli tutulur. Bir çox hallarda həbs edilənlərin yaxınlarına belə bu haqda məlumat verilmir.
Əlavə edək ki, İrandakı rejimə qarşı mübarizədə Güney Azərbaycan əhalisi də fəal şəkildə iştirak edir. Artıq Güney Azərbaycan Cümhuriyyətinin qurulması və İranla üzülüşmək üçün ciddi və əsaslı çağırışlar da çoxalıb. Bu isə yaxın vaxtlarda Güney Azərbaycanın fars-molla rejiminin 100 illik əsarətindən qurtulacağından xəbər verir.