Press "Enter" to skip to content

Eskişehirdə Krım havası

Krım rəqsləri təqdim edilirərkən

Son yeniləmə: 26 Dekabr 2022 15:19

Türkiyədə Krım günləri böyük coşqu ilə keçirilib

BAYRAQDAR MEDİA – Dekabrın 23-də İstanbulda, 24-25-də isə Eskişehirdə “Türkiyədə Krım günləri” adlı silsilə tədbirlər keçirilib.

Kırım Haber Ajansının məlumatına görə, Eskişehirdə keçirilən mərasimlər xüsusilə coşqu ilə qarşılanıb: “Bu tədbirlər Eskişehir Valiliyinin Miqrasiya İdarəsi İl Müdirliyi, Ukraynanın Ankaradakı səfirliyi, Krım Tatar Milli Məclisi, Krım Tatar Təşkilatları Platforması, Krım Evi Mədəniyyət Mərkəzi və Krım Ailə Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Öncə dekabrın 24-də Eskişehirin Tepebaşı bölgəsindəki Krım Sürgün Anıtı ziyarət edilib. Sonra Anadolu Universiteti Atatürk Mədəniyyət Mərkəzində Krım tatar mədəniyyətini əks etdirən sənət əsərləri nümayiş etdirilib”.

Məlumata görə, proqram çərçivəsində saat 10.30-da tədbirin açılış nitqləri olub: “Açılış nitqləri tamamlandıqdan sonra Krım tatarlarının xalq rəqsləri və Krım tatar mədəniyyətinin simvolu olan rəqslər ifa olunub. Dekabrın 25-də isə Krım yazıçı və şairlərinin kitablarının sərgisi olub. Sərgi çərçivəsində oxucularla görüş də keçirilib”.

Mission News Theme by Compete Themes.