BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 10-dan çox iri market şəbəkəsinin rəhbər şəxsləriilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 26-da Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə istehlakçıların qiymətdə, hesabda, çəkidə aldadılması və digər halların qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb: “Tədbirdə marketlərdə bütün malların üzərində qiymətlərin göstərilməsinin, malların bu qiymətə və çəkiyə uyğun satılması barədə qanunvericiliyin tələbləri və onlara əməl edilməsinin vacibliyi vurğulanıb”.