Son yeniləmə: 26 Dekabr 2022 16:43
BAYRAQDAR MEDİA – Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi Dubay Ticarət Palatasının Bakı ofisiilə əməkdaşlıq çərçivəsində INVEST in DUBAI biznes tədbiri keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 26-da səfirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə BƏƏ-in Azərbaycandakı səfiri cənab Mohammed Al Blooshi ölkəsinin nailiyyətləri barədə məlumat verib: “Səfir Azərbaycandan olan iş adamlarını BƏƏ-in hər bir yeddi əmirliyindəki investisiya fürsətlərindən faydalanmağa dəvət edib. İnvestemirates.ae portal barədə danışan səfir, BƏƏ-in beynəlxalq ticarətdəki rolunu qeyd edərək, bildirib ki, BƏƏ-də 10 mülki hava limanı, 105 karqo şirkəti, 12 kommersiya limanı”.
Səfir həmçinin, BƏƏ Mərkəzi Bankı və İslam bank xidmətləri barədə də ətraflı məlumat verib.