Son yeniləmə: 26 Dekabr 2022 14:48
BAYRAQDAR MEDİA – Dekabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxsyüksək texnologiyalı protezlərlə təmin edilib. Onlarla yanaşı, hər iki qolunu itirmiş, əlilliyi olan bir nəfər şəxsin də son nəsil protezlə təminatı həyata keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı müasir protezlərlə təmin olunmasına başlanıb: “Ötən dövrdə artıq 379 şəxs yüksək texnologiyalı 394 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Bu müasir protezlərdən “ÖSSUR” şirkətinin istehsalı olan yuxarı ətraf protezləri xüsusi proqram təminatına mlikdir və istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. Habelə “Genium” tipli yüksək texnologiyalı aşağı ətraf protezləriaktivlik və funksionallığı ilə seçilir və istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir”.