Son yeniləmə: 23 Dekabr 2022 15:59
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə Turizm Doğu Ekspresinə geniş maraq var. 4 gecə 5 gün davam edən Turistik Doğu Ekspresi və Qars turunun qiyməti adambaşına 9 min 380 lirədir.
Bu barədə verilən məlumatda deyilir ki, insanlar Turizm Agentlikləri vasitəsilə təşkil olunan tura qoşulmaq üçün biletləri aylar öncədən alırlar: “Ankaradan Qarsa yola düşən Doğu Ekspresi biletləri tur agentlikləri vasitəsilə satılır. Ankaradan başlayan və 4 gecə 5 gün davam edən səyahətin qonaqları ilk gecəni Turizm Doğu Ekspresinin yataq maşınlarında keçirirlər.Bir adam ümumilikdə səyahət üçün 9 min 380 lirə ödəyir”.
Bildirilib ki, Doğu Ekspresi ilə səyahət etməyin başqa bir alternativi TCDD-dən bilet almaqdır, TCDD-dən alınan biletlər 2 nəfərlik 3 min 100 lirədir. Lakin biletlər qısa zamanda tükənir, belə ki, səyahət etmək üçün əvvəlcədən bilet almaq lazımdır”.
Vurğulanır ki, Doğu Ekspresi səyahətçiləri xüsusilə Erzurum və Qarsda vaxt keçirirlər. Tarixi yerləri gəzmək imkanı olan sərnişinlər yerli yeməklərin dadına da baxırlar.