Press "Enter" to skip to content

Məktəbəqədər təhsil müəssisələrinin işçiləri üçün təlimlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə

BAYRAQDAR MEDİA – Bakldakı məktəbəqədər təhsil müəssisələrində çalışan direktorlar, tərbiyəçi-müəllim və metodistlər üçün təlimlər keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Təlim zamanı
Təlim zamanı

Bildirilib ki, təlimlərin keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşmalar və strategiyalarla tanış etməkdən ibarətdir: “Təlimlərdə kurikulumla iş, yaş psixologiyası, valideynlərlə əməkdaşlıq, inklüziv təhsil, ilkin tibbi yardım, liderlik və idarəetmə, müxtəlif məktəbəqədər təhsil modelləri və digər mövzular barədə ətraflı məlumat verilir. Təlimlərdə 3 min nəfərin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə təlim prosesinin gedişatını izləyiblər”.

O da qeyd olunub ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasıdır: “Bu baxımdan ehtiyaclar əsasında məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişafla bağlı təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.