BAYRAQDAR MEDİA – 2022-ci təqvim ilində paytaxtdakı 5 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə peşə təmayüllü siniflər fəaliyyət göstərir. Bu siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.