Son yeniləmə: 22 Dekabr 2022 13:32
BAYRAQDAR MEDİA – 2022-ci ilin noyabr ayında fərdi uçot sistemində qeydə alınmış sığortaolunanların sayı 41 min nəfər və ya 0,85 faiz artıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, bununla da 1 dekabr tarixinə uçota alınmış sığortaolunanların sayı 4,85 milyon nəfər təşkil edib.