BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə həm işsiz şəxslərə, həm də işəgötürənlərə dəstəyin göstərilməsi davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 22-də Nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu il proqram üzrə 1800-dən çox işsiz şəxsə iş yerlərinə göndəriş verilib. Proqramda iştirak üçün müraciət edən 213 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb: “Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın icra edildiyi 2 il ərzində 404 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanmaqla, 3400-dək işsiz şəxsə iş yerlərinə göndəriş verilib”.