BAYRAQDAR MEDİA – Dekabrın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Xatırladaq ki, dekabrın 16-da respublika üzrə dekabr ayının pensiya ödənişi yekunlaşıb.