Press "Enter" to skip to content

Daha dörd qazinin Türkiyədə müalicəsi tamamlanıb

Son yeniləmə: 21 Dekabr 2022 14:52

BAYRAQDAR MEDİA – Ağır yaralanan dörd qazimiz – Vadim Fikrətoviç Musayev, Ceyhun Eldar oğlu Səmədov, Ram Rəhman oğlu İsmayılov və Nicat İlqar oğlu Abdurrahmanov Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ağır yaralılardan olan Saməddin Həmid oğlu Əhmədovun müalicəsi davam etdiyindən o, təkrarən Türkiyəyə göndərilib.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, bu günə qədər 177 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Mission News Theme by Compete Themes.