Press "Enter" to skip to content

Üç yüzə yaxın şəxsə sosial xidmətlər göstərilib

Son yeniləmə: 20 Dekabr 2022 15:25

BAYRAQDAR MEDİA – 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 178 nəfər qəbul olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrn 20-də nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq bölmələrinə qəbul ediliblər: “Onlardan bir hissəsi müəssisədə artıq sosial reabilitasiya kursunu başa vurub. Hazırda burada 45-i qadın, 58-i kişi olmaqla 103 sakinə stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlər davam edir. Onlardan 39-u uşaqlardır. Ötən il qəbul olunan şəxslər də daxil olmaqla bu il müəssisədə 300-ə yaxın şəxsə sosial xidmətlər göstərilib”.

Mission News Theme by Compete Themes.