Press "Enter" to skip to content

İstehlakçı hüquqları ilə bağlı seminar

Seminar zamanı

Son yeniləmə: 20 Dekabr 2022 11:29

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “İstehlakçıların hüquqlarının qorunması sahəsində inzibati orqanların səlahiyyət bölgüsü” mövzusunda seminar keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 20-də Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin,Mərkəzi Bankın,Qida Təhlükəsizliyi Agentliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətininnümayəndələri iştirak edib: “Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik aktları barədə məlumat verilib. Qeyd olunub ki, istehlakçılar Dövlət Xidməti ilə yanaşı, bank və sığorta sahəsində üzləşdikləri problemlərlə bağlı Mərkəzi Banka, qida məhsullarının keyfiyyəti barədə Qida Təhlükəsizliyi Agentliyinə, rabitə və informasiya texnologiyaları sahəsində göstərilən xidmətlərinin keyfiyyəti ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edə bilərlər”.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.