Press "Enter" to skip to content

Birgə İşgüzar Şuranın yaradılması haqqında Saziş

İmzalanma zamanı

BAYRAQDAR MEDİA – Dekabrın 19-da Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib. İclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş də imzalanıb.

Bu barədə BAYRADAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, sənədi KOBİA-nın İdarə Heyətinin səri Orxan Məmmədov və Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əl Dakhil imzalayıblar.

Məlumata əsasən, hər iki ölkədən biznes icmalarının nümayəndələrinin təmsil olunacağı Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək. Həmçinin, iş adamları arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin, seminar, dəyirmi masa və digər tədbirlərin təşkilinə kömək edəcək, biznes dairələri arasında informasiya mübadiləsini həyata keçirəcəkdir. Komissiyanın iclasındakı və Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumundakı çıxışlarında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA və Səudiyyə Ərəbistanın müvafiq qurumları arasında əməkdaşlığa dair məlumat verib. O, KOBİA-nın ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün fəaliyyətini davam etdirəcəyini, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının biznes icmaları arasında əməkdaşlığı inkişaf etdirməklə ticarət əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb. KOBİA sədri iş adamlarını işgüzar şura ilə fəal əməkdaşlığa və bu platformaya qoşulmağa dəvət edib.

Mission News Theme by Compete Themes.