Press "Enter" to skip to content

Yaponiya səfiri Xaçmaza maraq göstərir

Elnur Rzayev və Vada Cuniçi

BAYRAQDAR MEDİA – Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi Xaçmaz rayonunda olub. O, burada rayon icra hakimiyyətinin başçısı Elnur Rzayevlə görüşüb.

Xəbəri dekabrın 19-da Xaçmaz Rayon İcra Hakimiyyəti yayıb.

Xəbərdə deyilir ki, “görüşdə qonağa rayonun tarixi, əhalisi, sakinlərinin əsas məşğuliyyəti, infrastrukturu, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilib. E.Rzayev rayonda aparılan abadlıq, quruculuq işlərindən, əhalinin sosial rifah halının yaxşılaşmasına yönəlik tədbirlərdən danışıb”.

Səmimi qəbul və qonaqpərvərlikdən məmnun olan səfir qarşılıqlı əlaqələrin iki xalq arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.

Tərəflər bir-birinə rəmzi hədiyyələr də təqdim edib.

Səfir V.Cuniçi səfər çərçivəsində Xaçmazdakı “Qafqaz” Konserv Zavoduna baş çəkib, istehsal gücü ilə maraqlanıb: “Məlumat verilib ki, burada emal olunan şirələr, müxtəlif tərəvəz və meyvələrdən hazırlanmış üstün keyfiyyətli konserv məhsulları ölkəmizdən kənarda da yüksək qiymətləndirilir. Rəqabətə davamlı bu məhsullara böyük tələbat vardır”.

Xəbərdə o da deyilir ki, diplomat Xaçmaz rayonunun potensialını yüksək qiymətləndirib.

Mission News Theme by Compete Themes.