Son yeniləmə: 19 Dekabr 2022 13:18
BAYRAQDAR MEDİA – Noyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 41,4 faiz artıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 19-da Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, beləliklə, ötən ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 274,5 manat idisə, cari ilin noyabr ayında bu məbləğ artaraq, 388,3 manat təşkil edib.